Mariya Stadnik yarışı medalsız başa vurub

İDMAN
21:44 06.08.2024
155
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

AZXEBER.COM xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi - Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjava finala vəsiqə qazana bilməyib.

Dolqorjavanın finala gedən yolda ABŞ-li Sara Hildebranta uduzması Stadnikin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

OXŞAR XƏBƏRLƏR