Mariya Stadnikdən qızıl medal!

Mariya Stadnikdən qızıl medal!
TOP4
20:18 28.06.2019
7251

Azərbaycan qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub.

50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 7:1 hesabı ilə məğlum edən olimpiya mükafatçımız çempion olub.

 

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib. 

 

qafqazinfo

OXŞAR XƏBƏRLƏR