Mark Rutte NATO-nun baş katibi oldu

SİYASƏT
12:28 26.06.2024
200
Mark Rutte NATO-nun yeni baş katibi təyin edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, NATO müttəfiqləri növbəti baş katib vəzifəsinə Hollandiyanın baş naziri Mark Rutteni seçiblər.

Rutte Yens Stoltenberqi əvəz edəcək.

Ruttenin təyinatı bu gün onun bu vəzifə üçün yeganə rəqibi Rumıniya prezidenti Klaus İohannisin mübarizədən çıxdığını elan etməsindən sonra rəsmiləşib.

NATO-nun keçmiş lideri Stoltenberq varisi Rutteni "əsl transatlantik, güclü lider və konsensus qurucusu” kimi qiymətləndirib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR