"Meta”nın baş direktoru Mark Zukerberq və həyat yoldaşı Priscilla Chan 2100-cü ilə qədər insan xəstəliklərinin aradan qaldırılmasına kömək edəcək kompüter sistemi qurduqlarını açıqlayıblar.
AZXEBER.COM xəbər verir ki, "Meta” şirkətinin baş direktoru Mark Zukerberq və həyat yoldaşı Priscilla Chan 2100-cü ilə qədər insan xəstəliklərinin aradan qaldırılmasına necə kömək edə biləcəklərini izah ediblər.
Tədqiqatçılar süni intellektlə birlikdə hüceyrələri kataloqlaşdırmaq və onların xəstəlik zamanı necə davranacaqlarını proqnozlaşdırmaq üçün istifadə edilə bilən hesablama sistemi inkişaf etdirməyi hədəfləyirlər.
Chan və Zukerberq açıqlamalarında bu məlumatların insan xəstəliklərini tamamilə aradan qaldıracaq yeni kəşflər etmək üçün istifadə edilə biləcəyini bildiriblər.
Gülay