Marketdən brokoli aldı, içindən ilan çıxdı - FOTO

Marketdən brokoli aldı, içindən ilan çıxdı - FOTO
DÜNYA
12:16 05.07.2023
337
İngiltərədə marketdən şikayətçi olan şəxs təzminat tələb edib. 

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə yaşlı adamın satın aldığı brokolinin içindən ilan çıxıb.

63 yaşlı Neville Linton yemek hazırlamaq üçün aldığı tərəvəzi soyuducudan çıxarıb. Paketin içində nəyinsə hərəkət etdiyini daha sonra bunun ilan olduğunu görüb.

Məhsulu dərhal marketə aparıb. Bundan sonra Linton mağazadan təzminat tələb edib və mağaza rəhbərliyi bununla razılaşıb.
 
Neville Linton marketin təklif etdiyi təzminatın kifayət etmədiyini söyləyib:

"Kompensasiya kifayət qədər yaxşı deyil. İlan evə girsəydi, bizə çox təsir edərdi. Mənim də ilanlara fobiyam var. Ona görə də çox təsirləndim. Təzminatın artırılmasını istəyirəm”.

Şəbnəm
 

 


OXŞAR XƏBƏRLƏR