Marketlər Ramazanda istifadə edilən ərzaqların qiymətlərini bahalaşdırdı

İQTİSADİYYAT
00:58 10.06.2016
1953
Ramazan ayı daxil olandan sonra bir çox məhsulların bahalaşması ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) şikayətlər daxil olub.Bu haqda Birliyin sədri Eyyub Hüseynov məlumat verib.“Ramazan ayı girəndən qiymətlər bahalaşıb”Onun sözlərinə görə, son 2 gün ərzində Ramazanda daha çox istifadə edilən məhsulların qiymətinin bahalaşmasına dair şikayətlər artıb:“Xüsusilə, qablaşdırılmış formada satılan xurma, düyü, yağ, bal, balıq kimi məhsulların çəkisi, yaxud keyfiyyəti aşağı düşüb, qiymətlərdə artım müşahidə edilir”.Marketlər külli miqdarda vəsaiti vergidən yayındırırE.Hüseynov bunu hazırda marketlərdə yaşanan böyük problemlərlə əlaqələndirib:“Qiymətlərin şişirdilməsinə rəvac verən marketlərdir. Bu məsələdə mən Vergilər Nazirliyinin mövqeyi ilə tam razıyam. Marketlər qaydasız oyunlar oynayırlar. İlk baxışda hər şeyin qaydasında olduğu görünən marketlər istehlakçıların soyulması ilə məşğuldurlar.Bu gün marketlər istehsalçılardan, mal gətirənlərdən külli miqdarda vergiyə cəlb olunmayan mallar alır. Məsələn, çörək istehsalçısı öz məhsulunu yerləşdirmək istəyirsə, marketdəki piştaxta ona satılır. Buna görə isə istehsalçı kassa çeki almır, çünki yer ona arendaya verilir.Market çörəyin üzərinə əlavə qiymət qoyur, ayın sonunda mal gətirəndən müəyyən qonorar alır. Müxtəlif vaxtlarda aksiyalar keçirərək yenə də istehsalçıdan ödəniş tələb edir. Siyahını uzatmaq olar. Nəzərə almaq lazımdır ki, marketdə satılan 20 min adda malın çox hissəsi vergiyə cəlb olunmur. Vergiyə cəlb olunmayan məhsullar isə şişirdilmiş qiymətlərlə alıcılara təklif edilir.Bir çox məqamlarda marketlərin piştaxtalarında qoyulan qiymətlərin kassada baha olduğu anlaşılır. Bu barədə narazılıq bildirəndə isə “unutmuşuq” deyərək özlərinə haqq qazandırmağa çalışırlar. Mənə maraqlıdır, niyə bir dəfə də istehlakçıların xeyrinə olaraq səhv düşmür bu qiymətlər?...”.İstehlakçılar aldadılırAİB sədri Azərbaycanda istehlakçıların hər cür aldadılmasının baş verdiyini bildirib:

OXŞAR XƏBƏRLƏR