"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç "Liverpul"la keçiriləcək qarşılaşmadan müsbət nəticə gözlədiyini bildirib.
AZXEBER.COM xəbər verir ki, futbolçu bu fikirləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində baş tutacaq oyun ərəfəsində keçirilən mətbuat konfransında səsləndirib.
Yankoviç qeyd edib ki, komanda matça ciddi şəkildə hazırlaşıb:
"Baş məşqçimizin də vurğuladığı kimi, dünyanın ən möhtəşəm stadionlarından birində və güclü rəqibə qarşı oynayacağıq. Bu qarşılaşma bizim üçün böyük şərəfdir və burada iştirak etdiyimiz üçün xoşbəxtik. Sabah meydanda yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Rəqibə böyük hörmətimiz var - onlar ev sahibləridir, biz isə qonaq. Buna baxmayaraq, sabahkı görüşdən uğurlu nəticə ilə ayrılmağa ümid edirik".
Qeyd edək ki, Liverpul - Qarabağ oyunu yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
/Oxu.az










































