Marneulidə daha bir nəfərdə koronavirus təsdiqləndi

Marneulidə daha bir nəfərdə koronavirus təsdiqləndi
DÜNYA
13:54 10.04.2020
1093
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda daha bir nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, həmin şəxs Maradisi kəndinin orta yaşlı qadın sakinidir.

Qubernator infeksiyanın mənbəyinin hələ müəyyən olunmadığını qeyd edib.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa 230 nəfər yoluxub. Onların 54-ü sağalıb, 3-ü isə ölüb. Kvemo Kartlidə COVID-19 infeksiyası bu günə qədər 25 nəfərdə təsdiqlənib ki, həmin şəxslərin biri dünyasını dəyişib. 
 
///Report
OXŞAR XƏBƏRLƏR