Marneulidəki insidentlə bağlı deputatlığa namizəddən açıqlama - ÖZƏL

Marneulidəki insidentlə bağlı deputatlığa namizəddən açıqlama - ÖZƏL
SOSİAL
02:54 09.10.2016
1525
Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində qarşıdurma baş verib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayonunun Qızıl Hacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində hakim "Gürcü arzusu"partiyası və "Vahid Milli Hərəkat” müxalifət partiyasının tərəfdarları arasında qarşıdurma baş verib, xəsarət alanlar var. Məlumata görə, 100-dək dəyənəklərlə silahlanmış naməlum şəxs məktəb binasında fəaliyyət göstərən seçki məntəqəsinə hücum edərək oranı daşqalaq edib və seçki qutularını aparmağa cəhd ediblər. Hücum edənlərlə "Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında qarşıdurma baş verib.
 
Əlbəyaxa davada 200-dək şəxsin iştirak etdiyi bildirilir. Hadisə yerinə xüsusi təyinatlılar da daxil olmaqla çoxlu sayda polis əməkdaşı və həkim briqadaları cəlb olunub. Məlumata görə, qarşıdurmanın qarşısını almağa çalışan polis əməkdaşları arasında xəsarət alanlar var. Qeyd olunan seçki subyektlərinin nümayəndələri insidentin baş verməsində bir-birilərini ittiham edir. Hakim "Gürcü arzusu” partiyasının nümayəndələri 48-ci seçki məntəqəsinin "Vahid Milli Hərəkat” tərəfdarlarının hücumuna məruz qaldığını iddia edirlər. "Vahid Milli Hərəkat” partiyasından majoritar namizəd Əhməd İmamquliyev isə bildirib ki, qarşıdurmaya hakim partiyanın səsvermə zamanı saxtakarlıq törətməyə cəhd etməsi səbəb olub. Polis hazırda vəziyyəti nəzarətə götürüb. 
 
Marneulidə baş verən insidentlə bağlı Marneulinin majoritar deputatliga namizədi AZXEBER.COM-a açıqlama verib.
 
O hadisəni belə şərh edib: Bizə dedilər ki, 48-ci məntəqədə qarşıdurma baş verib. Marneuli rayonunun icra hakiminin müavini Kamandar İsmailov və ştab rəhbəri Amiran Qiorqadze hadisə baş verən ərazidə (məntəqədə) ərazisinə gəldikdə gördülərki gənclər və polis əməkdaşları ərazidə dayanıblar. Gənclər səs verməyə geden seçiciləri icazə vermirdilər ki seçicilər səs verməyələr. Nə vaxt ki. biz onlara barış üçün sakitlik üçün əl uzatdıq onlar bizi tərbiyəsiz sözlərlə təhqir edib daşla qovalamağa, insanların başına daş atmağa başladılar. Polis insanları sakitləşdirməyə çalışırd. Polis rəhbəri Ramin İsmailovun sifətinə daşla vuraraq xəstəxanalıq ediblər, hal hazırda xəstəxanada müşahidə altındadır. Bütün bu hadisələr Paata Burçuladze və Vahid Milli Hərəkat partiyası tərəfindən provokasiyalar olubdur.
 

OXŞAR XƏBƏRLƏR