Marsda donmuş su aşkarlandı

Marsda donmuş su aşkarlandı
DÜNYA
19:49 12.06.2024
201
Marsda 60 olimpiya hovuzu ölçüsündə donmuş su aşkar edilib.
 
AZXEBER.COM xəbər verir ki, Marsın orbitində hərəkət edən "ExoMars TGO" və "Mars Express" kosmik gəmiləri Marsın ekvator vulkanlarının üstündə donmuş su aşkar ediblər.
  
Elm adamları əvvəllər Marsın bu bölgəsində şaxtanın qeyri-mümkün olacağını düşünürdülər, lakin 2024-cü ilin əvvəlində "Mars Express"-in Marsın ekvatorunda su buzu ilə bağlı dəlillər tapdığı açıqlandı.

Şaxta yalnız insan saçının qalınlığı (təxminən millimetrin yüzdə biri qalınlığı) qədər olsa da, çox geniş ərazini əhatə edir.
 
Bu, Marsda soyuq mövsümlərdə təxminən 150 min ton suyun donması və buxarlanması deməkdir.
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR