Avropa Kosmik Agentliyinin Marsda həyat əlamətlərini aşkar etməyə çalışan "ExoMars Trace Gas Orbiter” adlı planetin quraq səthində "gülər üz" formalı xlorid duzu yataqlarının fotolarını çəkiblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, görüntülərdəki duz yataqlarının insan zehni ilə düzəldilmiş kimi görünməsi planetin milyardlarla il əvvəl yaşayış üçün yararlı olması şüphələrini daha da artırıb.
Bu mineral yataqlar sayəsində alimlər planetin keçmiş iqlimi, geologiyası və potensial yaşayış imkanları ilə bağlı ipuclarını aça biləcəklər.
Qeyd edək ki, bəzi araşdırmaçı alimlərin fikrinə Qırmızı planet səthindəki qalın buz qatının altı böyük göllər və çaylarla doludur.
Cəmalə