Çinin Marsa göndərdiyi Curonq araşdırma qrupu planetin səthində radar skanlarında qeyri-müntəzəm yeraltı çatların olduğunu aşkar edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun tədqiqatçılarının "Nature Astronomy” jurnalında dərc etdirdiyi araşdırmanın nəticələri Marsda iqlim dəyişiklikləri və su aktivliyi ilə bağlı yeni sübutlar təqdim edib.
Marsın şimal yarımkürəsindəki böyük düz ərazidə olan Utopia Planitia-da fəaliyyəti zamanı rover təxminən 1,2 kilometrlik xəttdə yerin 35 metr altında 16 çoxbucaqlı çatların mövcudluğunu aşkar edib.
Tədqiqatçılar diametri bir neçə santimetrdən on metrə qədər dəyişən çatların donma-ərimə dövrləri nəticəsində əmələ gəldiyini təxmin edərək, yaş çöküntü təbəqələrinin və ya lavanın soyuması və çatlaması nəticəsində meydana çıxa biləcəyini də qiymətləndiriblər.
Ayşən