Marsda su izləri olduğu düşünülən formalar əslində toz imiş

Marsda su izləri olduğu düşünülən formalar əslində toz imiş
MARAQLI
11:58 22.05.2025
312
Yeni araşdırmalara görə, Marsın səthindəki tünd zolaqlar əvvəllər düşünüldüyü kimi maye suyun izləri deyil.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar tapıntıların toz və küləyin əmələ gətirdiyi quru formalar ola biləcəyi bildirilib.

Alimlər belə qənaətə gəliblər ki, Marsda sirli qaranlıq zolaqlar maye su ilə əlaqəli deyil. 1970-ci illərdən bəri Qırmızı Planetdə müşahidə edilən bu xətlərin yamaclardan aşağı sızan sulardan əmələ gəldiyi düşünülürdü.
 
Ancaq dünən Nature Communications-da dərc edilən bir araşdırma bu izlərin tamamilə fərqli bir mexanizmlə əmələ gəldiyini ortaya çıxarıb.

Bu nəticələr Marsın səthində maye suyun hələ də mövcud olması ilə bağlı fərziyyələrə ciddi zərbə vurur. Bununla belə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, onlar keçmişdə və ya yeraltı suyun maye olması ehtimalını tamamilə istisna etməyiblər.

Marsda həyat axtarışları davam etdikcə, bu yeni tapıntılar planetin quraq təbiətini daha yaxşı anlamağa kömək edə bilər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR