Marsın səthində su vahəsi aşkar edildi

Marsın səthində su vahəsi aşkar edildi
MARAQLI
02:28 14.10.2026
123
Rusiyalı planetoloqlar son səkkiz ildə toplanmış məlumatlar əsasında Mars səthindəki su ilə zəngin süxur yataqlarının xəritəsini tərtib ediblər.

Xəritə alimlərə Marsın müxtəlif bölgələrində su vahəsi kəşf etməyə imkan verib. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı tədqiqatçısı Dmitri Qolovin bildirib ki, Marsda suyun mövcudluğu təsdiqlənib.

ExoMars-TGO zondundakı FREND neytron spektrometri suyun müxtəlif növ neytronlarla qarşılıqlı təsirini izləyir və bu da onun Mars səthində, yeraltı torpaq təbəqələrində aşkarlanmasına imkan verir.

2020-ci ildə dərc edilmiş ilk FREND müşahidələri Marsda bir neçə su vahəsinin mövcudluğunu ortaya çıxarıb.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR