Mart ayından toy qiymətləri qalxacaq

Mart ayından toy qiymətləri qalxacaq
15:09 27.02.2013
1186
Martın 1-dən Azərbaycanda toylarla bağlı yeni standart qüvvəyə minir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) "Şadlıq saraylarının təsnifatı və qaydalar" dövlət standartını artıq təsdiqləyib. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının ANS PRESS-ə verdiyi məlumata görə, yeni standartlar yanvarın 1-dən tətbiq ediləcəyi bildirilsə də, sonradan bu vaxt martın 1-dək uzadılıb. Buna səbəb isə şadlıq saraylarının tələblərə uyğun şəraitləri düzəltmələri və fəaliyyətini standartlar əsasında təmzimlənməsi üçün vaxt olub.Standartda şadlıq saraylarının təsnifatı, texniki və digər tələblər öz əksini tapıb. Sənədə əsasən sarayda qarderob otağı, tualet, sanitar qovşağı, telefon, gözləmə zalı, bar, artistlərin otağı, gəlin otağı, administrator otağı, şəkilləri çap etmək üçün otaq tələb kimi qoyulub.Qəbul olunmuş normativlərə əsasən vestibül təqribən əsas zalın ¼ qədər (orta hesabla 1 nəfər yerə 0,3-0,45 kv.m) sahəni tutmalıdır. Standartda mərasim zamanı sarayda həkimin olması tövsiyyə olunur.Texniki tələblər sırasında şadlıq sarayının mətbəxinə olan tələblər əsas yeri tutur. F.Talıblının sözlərinə görə, bu istehlakçıların da əsas diqqət yetirdiyi tələblər arasındadır. Standartlara əsasən sarayın mətbəxinin ümumi sahəsi 1 nəfərə 0,40 kv.m təşkil etməlidir. Mətbəxdə arakəsmələrlə, yaxud ayrı otaqlar olmaqla soyuq qəlyanaltıları hazırlamaq üçün ayrıca bölmə, manqal yeməklərinin hazırlanacağı ayrıca yer (havalandırma sistemi güclü olan bölmə) olmalıdır. Ət məhsullarının qəbulu, kəsilməsi və hissələrə ayrılması üçün də xüsusi otaq və ya bölmə olmalıdır. Standartda həmçinin yeməklərin hazırlanmasına, qabların yuyulmasına, masa örtükləri və dəsmallara, xidmət dəstinə, ümumi sanitariya norma və qaydalara, xammalların anbarda saxlanmasına da tələblər qeyd edilib.Bəzən hər hansı şadlıq sarayına dəvət edilərkən qonaqlar adminstratorlar tərəfindən qurulan masaların, stolların sıxlığından çox narahat olurlar. Son nəticədə isə dar yerdə, oturaq vəziyyətdə mərasimi izləmiş oluruq. Bu məsələ də standartlarda xüsusu tənzimlənib. Standarta əsasən, şadlıq sarayının zalında masa ilə oturacaqların arasında olan məsafə 40-45 sm, bir masanın oturacağı ilə ona paralel olan masanın oturacağı arasında olan məsafə 80-100 sm təşkil etməlidir. Masa arxasında hər nəfər üçün 55-60 sm-lik bir bölüm ayrılır, lakin xidmət lüks səviyyəsində verilirsə, məsafə 75 sm-lik bölümü əhatə etməlidir. Masaların forması - kvadrat, düzbucaqlı və dairəvi olmalıdır."Şadlıq saraylarının təsnifatı və qaydalar" dövlət standartında rəqs meydançalarına, işıqlandırma sisteminə, döşəməyə, salonun səhnəsinə, hətta ən çox şikayət edilən səs tələblər də müəyyənləşdirilib: “Standarta əsasən səsucaldana elə köklənməlidir ki, metallik və aydın olmayan səslər salondakılara mane olmasın. Salondakaı səs 85 destibildən yüksək olmamaıldır. Beynəlxalq standartlar əsasən təyin edilib.ş İnsan orqaniz, beyninə psixolog təsir etmir. Şadlıq saryalarına bu norma ilə yüksək səviyyəli xidmət göstərməyə kifayət edir”.Standartda xidmət göstərən heyət də çoxlarını düşündürən məsələdir. Standarta əsasən mətbəxdə çalışan heyət 3 aydan, digər xidmətlər göstərən heyət 6 aydan az olmamaqla tibbi müayinədən keçməli və sağlamlıq, yoluxucu xəstəliklərin olmadığı haqqında arayış təqdim etməlidirlər. Sarayda çalışan adinistrator, barmen, ofisant, aşbazlar işlədikləri sahə üzrə təhsilli olmalıdır. Standartda personal üçün ayrı-ayrılıqda tələblər və məhdudiyyətlər də göstərilib.F.Talıblının sözlərinə görə, qida uzun illərdir qonaqların, istehsalçıların qarşılaşdırdığı problemlərdir. Ən yüksək tələb təbii ki, məhsulların keyfiyyətinə və təhlükəsizliyi, mənşəyinin , sertifikatının olmasına yönəlib. "Bizim komitənin iradəsi ondan ibarətdir ki, bu sahəni texniki cəhətdən tənziməklə istehsalçıların hüquqularını müdafiə edək. İrəliyə doğru daha bir addım ataq, köklü irəliləyişə nail olaq".Qeyd edək ki, Azərbaycanda 512 şadlıq sarayı var. Bu şadlıq saraylarının 300-ə qədəri 300 nəfər və artıq qonaq qəbul etmək imkanına malik olan salonlardan ibarətdir. Şadlıq evlərinin təmsilçiləri ANS PRESS-ə bildiriblər ki, əslində yeni standartların tədbiqi onların işinə elə də ciddi problem yaratmayacaq. Çünki onlara toy sifarişi verənlər adətən 200-250 qonaq çağırırlar. Buna görə də əsas salonlarda yetərincə yer olur. Bunun üçün stolların aralı düzülməsi onların xidmətin keyfiyyətini artırır. Hətta onlar təklif edirlər ki, şadlıq evlərində tətbiq edilən standarta əlavə də edilməlidir. Onlar restoran qulluğu standartlarının tətbiqi daha yaxşı nəticə verəcəyini güman edirlər. Çünki praktikaya görə, masaya düzülən hər yeməkdən oturanların hamısına müəyyən pay ayırırlar. Ona görə, stolda barmaq basmağa yer qalmır. Bu da xeyli qida məhsulunun israf olmasına səbəb olur. Onlar restoranda toy zamanı masaların boş olması, ofisant müştərilərdən istədiklərinin sifarişini aldıqdan sonra stolu bəzəməsini təklif edirlər.Lakin ekspertlərin fikrincə, yeni standartların tətbiqi bazarda qiymətin qalxmasına səbəb olacaq. İaşə sektoru üzrə mütəxəssis Cəmil Abbasovun sözlərinə görə, salonların təxminən 20 faizə qədəri qədəri artıq sünnət və ad günü mərasimlərində istifadə ediləcək. Çünki onlar indi 100-150 insan üçün nəzrədə tutulub. Martın 1-dən sonra onlara 60-70 adam yerləşdirmək mümkün olacaq. Əvvəl 200 nəfər qəbul edən salonlarda isə indi 100-150 insana xidmət edə biləcək ki, buda oğlan və qızın birlikdə toy etməsinə imkan verməyəcək. Nəticədə hər ikisi ayrı ayrı toy etməyə məcbur olacaq. Bu şadlıq saraylarına olan təlabatı artıracaq. Nəticədə qiymətlər 20 faizə qədər yüksələcək.Qiyməti artıracaq başqa bir səbəb isə işçilərin işə götürülərək müntəzəm olaraq tibbi müayinədən keçirilməsi və onların təhsilli olması şərtidir. Belə olan halda şadlıq evinin sosial vergi və gəlir vergisi xərcləri artacaq. Saray sahibləri işə götürülənlərə restoran yüksək maaş verməyə məcbur olacaq. İndi isə ofisiantlar təsadüfən seçilir, sağlamlıq və təhsillərinə ciddi fikir verilmirdi.Mart ayının 1-dən SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətişadlıq saraylarında aparılacaq monitorinqlərdə standartın tələblərini əsas götürəcəklər. Tələblərin yerlərdə icra olunub-olunmadığı araşdırılacaq.
OXŞAR XƏBƏRLƏR