Mart ayının ilk günləri hava necə olacaq?

Mart ayının ilk günləri hava necə olacaq?
16:12 28.02.2013
1168

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının ilk gününə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı və duman olacağı gözlənilir.Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoza görə, martın 1-2 Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü müsbət amil olsa da, martın 3-də arabir güclənən gilavar küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

OXŞAR XƏBƏRLƏR