Bu gündən martın 15-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
AZXEBER.COM xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qadağa ölkə ərazisində 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək qüvvədə olacaq.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.