"Masaj salonu "Cənnət"dirsə, orada xidmət göstərənlər də yəqin, Mələklərdir" - Deputat

"Masaj salonu "Cənnət"dirsə, orada xidmət göstərənlər də yəqin, Mələklərdir" -  Deputat
SOSİAL
12:51 23.03.2016
3378
Millət vəkili Fazil Mustafa Facebook səhifəsində müxtəlif ictimai-iaşə müəssisələrinə, əyləncə yerlərinə qoyulan uyğunsuz adlar haqqında yazıb. - Səhər erkəndən ənənə üzrə futbola yola düşəndə radionu açıb yol boyu musiqi dinləmək istədim. İnsafən xoş ovqat yaradan musiqilər idi. Ancaq bir məqam diqqətimi çəkdi ki, bizdə həyatımız necədirsə, şeirimiz, musiqimiz də elədir: formanın xatirinə mahiyyəti öldürmək. Bir təfəkkür yanlışlığının addımbaşı şahidi olursan Azərbaycanda. Müəllifini bilmirəm, ancaq mahnını sözlərinə diqqət edin: 
"Təbiətin hökmü olsaydı məndə, Qanqalın ömrünü gülə verərdim!" Yaxşı ki, təbiətin hökmünü bizim şairlərə verməyiblər, yoxsa qanqalın təmiz kökünü kəsərdi və bütün uzunqulaqlar ac qalardı. Digər tərəfdən bir şeyin ömrünü başqasına vermək ənənəsi yaransaydı, ölkədə ədalətsizliklər daha da baş alıb gedərdi. Ardınca ikincİ mahnının sözləri gəlir: "Bir cənnətə bərabərdir, bu yerlərin çölü, düzü..." İlahi mesajın ən maraqlı atributu olan Cənnətin Azərbaycan qədər maddiləşdirildiyi ikinci bir ölkə tapmaq çətindir. Ötən günlərdə Türkiyədə gözüm hər tərəfi axtarırdı ki, Cənnət adına restoran, kafe, hotel görəsən tapa biləcəyəmmi? Bəlkə də var, ancaq hər halda bizdəki qədər populyar deyil, şəxsən mən bu adda bir ictimai iaşə obyektinə rast gəlməmişəm. İndi də bizim şair özünü əziyyətə salmadan xoşuna gələn çölü, düzü dərhal kəsə yolla Cənnətə bərabərləşdirir. Biri də götürüb sabah yazacaq ki, Kürdəmirin, Zərdabın şoranlaşmış torpaqlarındakı duz qatı elə Cənnətin duzudur. Forma, yəni qafiyə düzəlsin, mənanın nə olması artıq dinləyicinin problemi sayılır. Bunlar əslində Cənnət-
Cəhənnəm motivli anektod, məsxərə mətnlərinin zəngin olduğu bir məkanda adi hal kimi də qarşılana bilər. Mən hər halda bunu cəmiyyətimizin ciddiyyyətsizliyinin, Allah-insan münasibətlərinə lağlağı ilə yanaşmasının bir göstəricisi kimi baxıram. Elə bunları düşünərkən işıqforda dayandığım vaxt maşınımın azca açıq qalmış pəncərəsindən bir kağız parçasını azyaşlı bir qız uşağı içəri göndərdi; hələ yaşıl işığa 25 saniyə qaldığını nəzərə alaraq bu reklam kağızına göz gəzdirdim. Yazılmışdı: "Cənnət" masaj salonu sizə aşağıdakı xidmətləri təklif edir...Bir, iki və sairə. Düşündüm ki, salonun adı Cənnətdirsə, o zaman xidmət göstərənlərə də avtomatik olaraq Mələklər deyirlər...
Və sonda da mahnılar davam edirdi: "Cənnətim Qarabağ!" Biz mahnısını oxuduğumuz Qarabağ adlanan cənnətdə indi ermənilər yaşayır. Onlar belə mahnılar oxumurlar. Sadəcə ona görə orada yaşayırlar ki, Allahın və Təbiətin Qanunlarını adam kimi öyrənirlər və məsxərəyə qoymurlar...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı