Bu gecə Masallı rayonu ərazisində zəlzələ qeydə alınıb.
AZXEBER.COM-un Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 04:15-də qeydə alınan zəlzələ hiss olunmayıb. 3.1 maqnitudalı yer sarsıntısı 3.122 km dərinlikdə baş verib.