Masallı sakinləri deputata xəbərdarlıq etdilər - ‘Gəlsə, daşqalaq edəcəyik!’

SOSİAL
13:24 18.04.2016
3223

Seçiciləri Nəriman Əliyevə xəbərdarlıq etdi 70 saylı Masallı şəhər Seçki Dairəsinin mandatını cibində gəzdirən Nəriman Əliyevdən daha bir şikayət daxil olub.

AZXEBER.COM 2Gündəlik Bakı" qəzetinə istinadən verdiyi xəbərə görə,  belə ki, rayonun Səmidxan kəndinin bir qrup sakini adından redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunur ki, parlament seçkilərindən sonra deputatlarının üzünü görə bilmirlər. Sakinlər yazır: "Nəriman Əliyev Səmidxan sakinlərinə çox vəd verib getdi. Bizi sanki ovsunladı. Bizə axırıncı görüşüdə "bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam" desə də, bu gün verdiyi vədlər söz olaraq qalır. Bunlar bir yana, dəfələrlə onunla görüşmək istəmişik. Ağsaqqallara belə rədd cavabı verib. Müxtəlif bəhanələrlə görüşdən qaçıb. Parlamentdə də 2 dəfə onu tutmaq istədik, maşınına minib aradan çıxdı. Az qala Milli Məclisin mühafizəçilərinin hamısı bizi tanıyır. Görən kimi Səmidxandakı durumu soruşurlar. Elə bil bizi ələ salırlar. Onları da qınamırıq.

Deputatın arxasınca bu qədər sürünəndə, belə də olar". Müraciətlərinin sonunda sakinlər bildirirlər ki, deputata bu sözlərin çatdırılmasını istəyirlər: "Zəhmət çəkib buralara gəlməyin. Sizi daşqalaq edə bilərlər. Masallı adət-ənənəsi olan yerdir. Burada danışılan yalanın hesabı ağırdır". Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

OXŞAR XƏBƏRLƏR