Masallıda 61 yaşlı kişi intihar edib

Masallıda 61 yaşlı kişi intihar edib
SOSİAL
05:35 31.07.2023
169
Masallı rayonunda 61 yaşlı kişi intihar edib.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Masallı rayonunun Mollahəsənli kənd sakini, 1962 - ci il təvəllüdlü Asif Məmmədtağı oğlu Tağıyev məlum olmayan səbəbdən bədənin müxtəlif nahiyələrinə kəsici-deşici alətlə xəsarət yetirib.

Nəticədə o aldığı xəsarətlərdən yaşadığı evdə dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR