Masallıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

Masallıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var
SOSİAL
12:09 09.03.2026
304
Masallıda avtomobil daş hasara çırpılıb, bir nəfər ölüb, bir nəfər yaralanıb.

AZXEBER.COM "Report"un cənub bürosuna istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Mahmudavar kəndlərində baş verib.

Belə ki, Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü O.Zamanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR