Masallıda baba və nəvə yanaraq öldü - Fotolar

Masallıda baba və nəvə yanaraq öldü - Fotolar
SOSİAL
14:50 01.04.2026
518
Masallıda fərdi yaşayış evində yanğın baş verib. 

AZXEBER.COM "Unikal”a istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. 

Belə ki, 200 kvadratmetrlik evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu və onun 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunun yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR