Masallıda Bayraq meydanında bayrağın dirəyi aşdı – FOTO

Masallıda Bayraq meydanında bayrağın dirəyi aşdı – FOTO
SOSİAL
16:33 19.04.2017
919

Masallıda Bayraq meydanında bayrağın dirəyi aşıb.

Hündürlüyü 62 metr olan bayraq dirəyinin aşmasına güclü küləyin səbəb olduğu bildirilir.

Hazırda əraziyə ağır texnikalar və canlı qüvvə cəlb olunub. Dirəyin bir hissəsi yararsız hala düşüb. Yaxın zamanda dirəyin bərpa olunacağı bildirilir.

Masallı Rayon İcra Hakimiyyətindən fakta münasibət bildirməyiblər.

///APA



OXŞAR XƏBƏRLƏR