Masallıda dağlıq ərazidəki yanğının söndürülməsinə helikopterlər cəlb olunub

Masallıda dağlıq ərazidəki yanğının söndürülməsinə helikopterlər cəlb olunub
SOSİAL
18:49 25.08.2022
212
Masallı rayonunda dağlıq ərazidəki yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR