Masallıda ev sahibinin sifarişi ilə mənzildən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

SOSİAL
11:38 04.06.2016
1571

Masallı polisievindən oğurluq olunduğu barədə yalan məlumat verən şəxsiifşa edib.

AZXEBER.COM xəbər verir ki,bu barədə Masallı Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Məlumata görə, Masallı şəhər sakini, 46 yaşlı İsmət Hüseyn oğlu Şükürov RPŞ-ə ərizə iləmüraciət edərək bildirib ki, mənzilindən 40 min manatdəyərində qızıl-zinət əşyaları və 5 min manatpul oğurlanıb. Polisin həyata keçirdiyiəməliyyat-istintaq tədbirləri nəticəsindəoğurluq faktının ev sahibinin köməyi iləhəyata keçirildiyi müəyyənləşdirilib.

Belə ki, İ. Şükürovun yaxın dostu, 48 yaşlı Əli Baratxan oğlu Şahbazov şübhəli şəxs qismində saxlanılıb. İstintaqın gedişində ev sahibi ilə Ə.Şahbazovun əlbir olduğu, İ. Şükürovun öz mənzilinin açarını birbaşa Ə.Şahbazova verdiyimüəyyənləşdirilib.Araşdırmalardan o da məlum olub ki, İ. Şükürovailəsi ilə birlikdə toy mərasimində iştirak etdiyi zaman Ə. Şahbazov onun evinə girərək oğurluq edib.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

///Apa

OXŞAR XƏBƏRLƏR