Ehtiyatsızlıq dəhşətli sonluqla nəticələndi.
Masallı rayonunda dəhşətli hadisə baş verib.
AZXEBER.COM Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 21-də Masallı rayonunun Xalıcallı kəndində kənd sakini Teymur Mirzəyev traktorla ot biçərkən ehtiyatsızlıqdan ayağı otbiçən aparatın arasında qalıb.
Xəstəxanaya yerləşdirilmiş T.Mirzəyevin hər iki ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.