Masallıda “Heydər Əliyevin Meliorasiya və su təsərrüfatının inkişafında rolu” adlı tədbir keçirildi – VİDEO/FOTO

Masallıda “Heydər Əliyevin Meliorasiya və su təsərrüfatının inkişafında rolu” adlı tədbir keçirildi – VİDEO/FOTO
SOSİAL
21:55 02.03.2023
211
Viləşçay Su Anbarı İstismarı İdarəsi tərəfindən "Heydər Əliyev ili” çərçivəsində "Heydər Əliyevin Meliorasiya və su təsərrüfatının inkişafında rolu” adlı tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbir öncəsi Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi və rayon rəsmiləri Ümummilli lider Heydər Əliyevin Masallı şəhərində ucaldılan heykəlini ziyarət edib, önünüə gül dəstələri düzüblər.

"Masallı Gənclər Evi”-ndə baş tutan tədbirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin ölkəyə başçılıq etdiyi müxtəlif illərdə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının tərənnümü, ulu öndərin irsinin təbliğ olunmasıdır.

Tədbir ümummilli lider Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov tədbir iştirakçılarını salamladıqdan sonra "Heydər Əliyevin Meliorasiya və su təsərrüfatının inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Viləşçay Su Anbarı İstismarı İdarəsinin fəaliyyətini əks etdirən video çarx nümayiş edilib.

Nümayişdən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf etdiyini bildiriblər.
 
Çıxış edən Viləşçay Su Anbarı İstismarı İdarəsinin sahə rəisləri İlham Vəliyev və Hüseyn Əmirli ümummilli lider Heydər Əliyevin bilavasitə göstərişi ilə 1977-ci ildə tikintisinə başlanılan və 1986-cı ildə istismara verilən su anbarının Masallı rayonu, eləcə də cənub bölgəsi üçün əhəmiyyətindən danışıblar.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir