Masallıda ikimərtəbəli ev yandı - Sahibəsi öldü

Masallıda ikimərtəbəli ev yandı - Sahibəsi öldü
SOSİAL
10:54 30.12.2017
970
Masallıda yanğın hadisəsi qeydə alınıb.
 
AZXEBER.COM FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Mahmudavar kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Kazımova Mariya Balakişi qızının yanmış cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunubr. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR