AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İstisu kəndinin ərazisindəki "Gölüstü" istirahət mərkəzinin icarədarı Yardımlı rayon sakini Əcəmi Canəliyevin mərkəzdə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Müəyyən edilmiş fakt üzrə araşdırmalar davam etdirilir.