Masallıda itkin düşmələri iddia olunan nənə və nəvə barədə RƏSMİ AÇIQLAMA

Masallıda itkin düşmələri iddia olunan nənə və nəvə barədə RƏSMİ AÇIQLAMA
SOSİAL
10:40 13.12.2023
282
Masallıda nənə və nəvəsinin itkin düşmələri barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Masallı rayon sakini Xanım Abuşovanın itkin düşməsi ilə bağlı informasiya həqiqəti əks etdirmir və qadın hazırda yaşadığı evdədir.

Dekabrın 11-də saat 19 radələrində evdən çıxaraq geri qayıtmayan azyaşlı nəvəsinin tapılması istiqamətində hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri həyata keçirilir.

***09:11

Masallıda nənə və nəvə itkin düşüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Mollahəsənli kənd sakini, 1952-ci il təvəllüdlü Xanım Abuşova və nəvəsi 2008-ci il təvəllüdlü Jalə Abuşova dekabrın 11-də evdən şəxsiyyət vəsiqələrini götürək çıxıb və geri qayıtmaraq itkin düşüb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR