Masallıda “patı” satan şəxs saxlanıldı

Masallıda “patı” satan şəxs saxlanıldı
KRİMİNAL
20:09 18.08.2021
502
Masallıda metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini R.Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən hazır bükümlərdə psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR