O, saxlanılıb.
Masallıda 77 yaşlı kişini şantaj edib pul almaqda şübhəli bilinən qadın saxlanılıb.
AZXEBER.COM-un DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini 77 yaşlı Ə.Hüseynov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1400 manat pul almış Cəlilabad rayon sakini A.Şahbazova tutulub.
Faktla bağlı araşdırma aparılır.