Masallıda silahlı insident — Kriminal avtoritetin qardaşı öldürüldü

TOP4
19:33 21.12.2016
8158
 
Masallı rayonunda silahlı insident olub. 
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Masallı yolunda Masallınınm Türkoba kəndi ərazisində baş verib. 
Hadisə zamanı naməlum şəxs 90-HV-110 dövlət qeydiyyat nömrə nişanlı "Volkswagen-Passat"  markalı avtomobilə avtomatdan bir neçə dəfə atəş açıb.
Hadisə zamanı Lənkəran rayon Boladi kənd sakini Fariz adlı şəxsin öldüyü bildirilir.
Silahlı insidenti törədənlərdən biri Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) təslim olub. 

Xatırladaq ki, Rövşən Lənkəranskinin kriminal aləmdə yerinə əsas namizəd olan "Piter Elçin"in daha bir qardaşı bir müddət əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində qətlə yetirilib. Ehtimal edilir ki, "Piter Elçin"in Lənkəranskini əvəzləməsinin qarşısını almaq üçün ardıcıl olaraq tanınmış avtoritetin yaxınlarına qarşı qətllər törədilir.


OXŞAR XƏBƏRLƏR