Masallıda üçəm dünyaya gəldi - Fotolar

Masallıda üçəm dünyaya gəldi - Fotolar
SOSİAL
15:17 29.01.2026
362
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, 30 yaşlı qadının Masallı Rayon Mərkəzi Xəstəxanasında doğuş prosesi uğurla icra olunub:

"Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.3 və 2.5 kq., boyları isə 47, 48 və 48 sm. olub. Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir”.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.
 

 

 


OXŞAR XƏBƏRLƏR