Masallıda xəsarətlə nəticələnən yanğın olub.
Bu barədəFövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Rayonun Qəriblər kəndində ümumi sahəsi 288 kvadratmetr (hər mərtəbəsi 144 kvadratmetr) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60 kvadratmetrsahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.