Masazır kəndində həyata keçirilən qanunsuz tikintinin qarşısı alındı

Masazır kəndində həyata keçirilən qanunsuz tikintinin qarşısı alındı
SOSİAL
20:35 01.06.2022
377
Son günlər bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə Masazır kəndi ərazisində "Talk.TV” İnternet Televiziyasının müxbiri Təbriz Mirzəyə qarşı jurnaslit fəaliyyəti aparan zaman Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən təzyiqə və təhdidə məruz qalması barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. T.Mirzə özünün "facebook” sosial şəbəkə səhifəsində yanlış məlumatlar yayaraq içtimaiyyəti çaşdırmağa, əsl həqiqəti gizlətməyə çalışmışdır.

Abşeron Rayon İcra Hakimiyyəti məsələ ilə əlaqədar bildirir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Talıbov Əjdər Fərrux oğlu Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəsində Masazır kəndi ərazisində ona məxsus 0,22 ha torpaq sahəsində Seymur adlı şəxs tərəfindən qanunsuz tikinti işlərinin həyata keçirildiyini bildirmişdir.

Vətəndaşın müraciətinin araşdırılması zamanı əraziyə baxış keçirilmişdir. Bu zaman Zaur, Rafiq və Fuad adlı şəxslər tərəfindən ərazidə 8 (səkkiz) sayda evin qanunsuz şəkildə tikintisinin həyata keçirildiyi məyyən olunmuş və aparılan inşa işlərinin qarşısı alınmışdır. Məlumat üçün qeyd edək ki, sözügedən torpaq sahəsi Masazır bələdiyyəsinə məxsusdur və adları qeyd olunan şəxslər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.
Qanunvericiliyin tələbləri qanunsuz tikinti aparan şəxslərə izah olunmuş və Fuad adlı şəxsin özü tərəfindən aparaılan tikintinin bir hissəsi sökülmüşdür.
Lakin sonradan adları qeyd olunan şəxslər əraziyə özünü "Talk” TV-nin əməkdaşı kimi təqdim edən Təbriz Mirzə adlı şəxsi dəvət edərək orada RİH-nin əməkdaşlarını təhqir və şantaj əməlləri etməklə qanunsuz tikinti işlərini davam etdirməyə cəhdlər etmişlər.

Bununla əlaqədar olaraq RİH tərəfindən ərziyə polis çağrılmış və qanunsuz tikinti işləri növbəti dəfə dayandırılmışdır.

Torpaq sahəsinin zəbti faktı ilə əlaqədar yuxarıda adları qeyd olunan şəxslərə qarşı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Masazır bələdiyyəsi tərəfindən müvafiq akt tərtib edilərək baxılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Eyni zamanda rayon İcra Hakimiyyəti tərəfindən də Abşeron rayon Polis İdarəsinə məktub ünvanlanaraq qanunsuz şəkildə həyata keçirilən tikinti işlərinin qarşısının alınmasına köməklik göstərilməsi xahiş olunmuşdur.

Abşeron Rayon İcra Hakimiyyəti bir daha bildirir ki, rayon ərazisində həyata keçirilən bütün qanunsuz tikinti işlərinin və torpaq zəbtlərinin qarşısı qətiyyətlə alınacaqdır.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”