Masazırda torpaq sürüşməsinə kanalizasiya suları səbəb olub - VİDEO
17:37 29.03.2013
1211
Masazır ərazisindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur. Dünəndən bu günə kimi 4-5 sm eninə artım qeydə alınıb. Ümumilikdə isə dərinlik 30 santimetrə qədər artıb. Bununla da sürüşmə sahəsinin uzunluğu 130 metrə çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralovun sözlərinə sürüşməyə kanalizasiya suları səbəb olduğu müəyyən edilib. Ərazidə şaquli və üfüqi Drenaj xətləri çəkilməzsə, vəziyyət daha təhlükəli hal ala bilər.Bəxtiyar Qaralovun sözlərinə görə dünəndən etibarən ərazidə vəziyyət nisbi stabildir. Ciddi aktivləşmə və artım qeyd alınmayıb. Lakin lazımi işlər görülməzsə sürüşmə prosesi davam edəcək. Həmçinin Yağıntıların başlaması sürüşmə prosesinə mənfi təsir göstərə bilər. Qeyd edək ki, Qır gölünün ətrafında yerləşən ərazi sürüşməyə meyllidir. Xatırladaq ki, Bir neçə gün əvvəl Nazim əsədov küçəsində yerləşən 6 ev təhlükə ilə üzləşib. Evlərin daş hasarı uçub, tikililərin özülündə çatlar yaranıb. Hazırda Sürüşmənin qarşısını almaq üçün təkliflərlə Nazirlər Kabinetinə müraciət olunub.