Maşın aşdı - sürücü ağır yaralandı

Maşın aşdı - sürücü ağır yaralandı
SOSİAL
22:13 21.10.2018
3350
Günorta saatlarında Zaqatala rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, rayonun 1995-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Nəzərov Abdukərim Cuma oğlu "VAZ-21064” markalı minik maşını ilə Zaqatala-Qax avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yol kənarına aşıb.

Qəzadan sonra sürücü A.Nəzərov ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, zərərçəkmişə ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR