İyulun 27-də Bakının "Maşın bazarı"nda axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan polis əməkdaşlarından biri vəfat edib.
AZXEBER.COM xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat verilib.
Məlumata görə, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov bu gün xəstəxanada vəfat edib. O, hadisə zamanı bədənin müxtəlif nahiyələrindən qəlpə xəsarəti almışdı.
Allah rəhmət eləsin.