'Maşın'da qalmaqal: Müğənni teleaparıcıya canlı yayımda 'sən kişi deyilsən' dedi - VİDEO

MAQAZİN
01:40 17.12.2013
13196

Murad Dadaşovun “Möhtəşəm maşın” şousunun ikinci efir günü qalmaqallı olub.

Showlife.Az xəbər verir ki, iştirakçılar teleaparıcı Mirsalam Mirsalamovu onu öz istəyi ilə xalq səsverməsinə çıxarıblar.
Xalqdan səs istəyən Mirsalam istəyinə çatıb və şoudan müğənni Orxan Babazadəni uzaqlaşdırıb. Ancaq maraqlıdır ki, canlı yayım zamanı Mirsalam Orxanı oyundan çıxarmayacağını deyib. Mirsalamın bu hərəkətindən şoka düşən Orxan ona "sən kişi deyilsən" deyib. Aparıcı Murad Dadaşov isə gənc müğənninin sözünü kəsib və onu etik çərçivədən kənara çıxmamağa çağırıb.
Qeyd edək ki, "Maşın şou" hər gün saat 23:00-da ATV telekanalında canlı yayımlanır.Showlife.Az verilişin son dəqiqələrini təqdim edir:
OXŞAR XƏBƏRLƏR