Maşını düzgün saxlamayan taksi sürücüsünü öldürdülər - VİDEO

Maşını düzgün saxlamayan taksi sürücüsünü öldürdülər - VİDEO
10:50 01.03.2013
1645

Polislər maşını lazımi şəkildə park etməyən taksi sürücüsünü möhkəm əzişdiriblər.

Cənubi Afrika Respublikasının (CAR) Deyvton şəhərində polis əməkdaşları Mozambikdən olan taksi sürücüsünü onlarla mübahisə etdiyinə görə ölənə qədər döyüblər.AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu zorakılıq aktı artıq Deyvtonda etiraz aksiyalarına səbəb olub. Polis insidenti araşdıracağına söz verib. İdo Makia adlı sürücünün saxlanılması videolarda əks olunub və ölkənin yerli “Daily Sun” qəzetinin saytında dərc edilib.

Görüntülərdə bir neçə polisin sürücünün əllərindən arxası qapalı yük maşınına bağlayaraq onu şəhər boyu təxminən 400 metr boyunca necə sürütlədikləri əks olunur.Hələ bu son deyil. İşgəncələr bununla da yekunlaşmayıb. Polis bölməsində onlar sürücünü döyməyə başlayıblar. Nəticədə isə, İdo Makia aldığı xəsarətlərdən ölüb.Ölkənin baş komissarı bu insedenti qınayıb və tabeliyində olan polis əməkdaşlarının əməllərinin xüsusilə araşdırılacağını bildirib.

OXŞAR XƏBƏRLƏR