Əfqanıstanın paytaxtı Kabildə xarici hərbi qüvvələr kamikadzenin hücumuna məruz qalıb.Kabil polisinin məlumatına görə, kamikadze şəhərin sənaye rayonunda xidmət göstərən hərbçilərə avtomobillə hücum edib. Güclü partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir, lakin onların sayı dəqiq məlum deyil."Reuters" agentliyi ölənlərin olduğunun da istisna edilmədiyini bildirib.