Maşını qaçırıb qəza törətdilər, biri öldü, digəri yaralandı - VİDEO

Maşını qaçırıb qəza törətdilər, biri öldü, digəri yaralandı - VİDEO
SOSİAL
15:21 05.11.2023
202
Dünən səhər saatlarında Lənkəran şəhərində ağır yol qəzası baş verib.
 
AZXEBER.COM xəbər verir ki, Hənifə Abdullayev küçəsində "Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaztənzimləyici qurğuya və elektrik dirəyinə çırpılıb. 

Nəticədə avtomobildə ön sərnişin oturacağında əyləşən 17 yaşlı İsmayıl Xansuvarlı hadisə yerində ölüb. Avtomobili idarə edən 23 yaşlı Taleh Abdullazadə ağır xəsarət alıb.
Ətraflı

Bildirilir ki, qəzaya düşən gənclər avtoyuma məntəqəsində işləyib. Onlar yumaya verilmiş avtomobili götürərək şəhər ərazisində sürətlə idarə ediblər və yağışlı hava şəraitində avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.
 
OXŞAR XƏBƏRLƏR