Maşınlardan oğurluq etmək istədi - "Tesla"nın kamerasına düşdü -VİDEO

HADİSƏ
14:08 04.02.2025
235
Bakı Əyləncə Mərkəzinin yanında yerləşən ödənişli parklanma ərazisində maraqlı hadisə yaşanıb. 

AZXEBER.COM-a göndərilən görüntülər 3 fevral 2025-ci il axşam saat 22:00 radələrində lentə alınıb. 

Kadrlardan göründüyü kimi naməlum şəxs avtomobillərə yaxınlaşaraq bir-bir qapıların açıq olub-olmadığını yoxlayır. Soyğunçuluğa meyillənən şəxsin bu addımı baş tutmur. 

Maraqlı olan isə görüntülərin "Tesla" abtomobili tərəfindən çəkilməsidir. Belə ki, naməlum şəxs ilk növbədə "Tesla"nın qapısını açmaq istəyir. Avtomobilin özünümüdafiə sistemi işə düşərək görüntüdəki şəxsi lentə alıb. 

Avtomobil sahibləri məsələ ilə bağlı ərazidəki parklanma xidmətinin əməkdaşlarına müraciət etsələr də, nəticə əldə edə bilməyiblər.

Qeyd edək ki, oğurluğa cəhd edən şəxsin üzü kameraya düşüb və avtomobilin sahibi görüntüləri hüquq mühafizə orqanlarına verməyə hazırdır.

OXŞAR XƏBƏRLƏR