Mask "Azadlıq Radiosu" və "Amerikanın Səsi" radiostansiyalarını bağlamağa çağırıb

DÜNYA
22:16 09.02.2025
210

ABŞ "Azadlıq Radiosu" və "Amerikanın Səsi" radiostansiyalarını bağlamalıdır, çünki heç kim onları dinləmir, onların fəaliyyəti isə ildə təxminən 1 milyard dollara başa gəlir.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Onun fikrincə, bu radiostansiyaları "öz-özünə danışan dəli" radikal solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya ABŞ-nin vergi ödəyiciləri tərəfindən toplanan təxminən 1 milyard dollar xərclənir.

Xatırladaq ki,"Azadlıq Radiosu" və "Amerikanın Səsi" bir sıra digər KİV kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.

OXŞAR XƏBƏRLƏR