Dünyanın ən zəngin iş adamlarından biri, "Tesla" və "SpaceX"in baş direktoru və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) direktoru İlon Mask Viskonsin Ali Məhkəməsinə mühafizəkar namizədin seçilməsinə dəstək olaraq seçicilərə 1 milyon dollarlıq çek verəcəyini açıqlamışdı.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sözünü tutan amerikalı milyarder kritik Ali Məhkəmə seçkiləri ərəfəsində "müstəqil məhkəmə sistemi” tələb edən seçicilərə 1 milyon dollar dəyərində çeklər paylamağa başlayıb.
Demokratlardan olan Viskonsin Baş Prokuroru Coş Kaul bu təcrübənin ştat qanunlarını pozduğunu iddia edərək məhkəməyə müraciət edib.
Yüksək məhkəmə yekdilliklə Kaulun şikayətini rədd edib.
Aysel