Mask: Starlink yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulub

Mask: Starlink yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulub
DÜNYA
08:16 15.10.2026
141
"SpaceX" şirkətinin rəhbəri İlon Mask Starlink peyk internet sisteminin yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulduğunu, hücum əməliyyatlarında istifadəsinin isə məqbul olmadığını bildirib.

Mask bu barədə Ukraynada Starlink terminallarının işinə məhdudiyyət qoyulması ilə bağlı məlumatları şərh edərkən "X" sosial şəbəkəsində yazıb.

O xatırladıb ki, Starlink "SpaceX" tərəfindən idarə olunan kommersiya xidmətidir.

"Starshield sistemləri isə ABŞ hökumətinə məxsusdur və onun nəzarəti altındadır. Bu sistemlərin sürətinin məhdudlaşdırılması və ya istifadə şərtləri ilə bağlı qərarları hərbi rəhbərlik, son nəticədə isə ABŞ prezidenti qəbul edir. Starlink-dən istifadə mülki və ya müdafiə məqsədləri ilə məhdudlaşır. Sistem hücum xarakterli hərbi əməliyyatlarda istifadə edilə bilməz, çünki belə istifadə kommersiya şirkəti üçün uyğun olmazdı", – Mask qeyd edib.

Oktyabrın 14-də səhər saatlarında isə Ukraynanın müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko "Telegram" kanalında "SpaceX" şirkətinin terminalların işləmə sürətini saatda 60–70 kilometrlə məhdudlaşdırdığını iddia edib.
 
///report///
OXŞAR XƏBƏRLƏR