Birinci mövsümü böyük maraqla qarşılanan "Maska şou"nun qalibi Dilarə Kazımova İTV-dən gileylənib.
AZXEBER.COM xəbər verir ki, sənətçi açıqlamasında bildirib ki, proqramın yeni bölümlərinə hazırlıqlar başlasa da, münsif heyətində yer almaq istəyi nəzərə alınmayıb və ona dəvət göndərilməyib.
Buna baxmayaraq, Kazımova kanalın onu münsif kimi dəvət etməməsinin səbəblərini bilmədiyini deyib.
Qeyd edək ki, dünya üzrə keçirilən sözügedən şounun qaydalarına əsasən, mövsümün qalibi olan iştirakçı, növbəti mövsümdə münsif kürsüsündə əyləşməlidir.
Aysel










































