Maska taxaraq gülümsəməyi unudanlar yenidən gülmək üçün məşq edirlər

Maska taxaraq gülümsəməyi unudanlar yenidən gülmək üçün məşq edirlər
DÜNYA
14:17 06.06.2023
188
Yaponiyada Covid-19 epidemiyası zamanı maskalardan istifadənin artması ilə təbəssüm təliminə tələbat artıb. 

AZXEBER.COM xəbər verir ki, Egaoiku adlı mərkəzin qurucusu Keiko Kawano şüurlu şəkildə insanların gülümsəyərək xoşbəxt olmasını hədəflədiklərini ifadə edib. 

Bəzi insanların uzun fasilədən sonra üzlərini açaraq gülümsəməyi unudub sosial həyata qarışmaqda çətinlik çəkdiyini ifadə edən Kawano maska istifadəsinin ləğvi ilə təbəssüm təlimlərinə tələbatın artdığına diqqət çəkib. 

Məşq zamanı üz əzələlərini düzgün hərəkət etdirməyə fokuslandıqlarını qeyd edən Kawano "Şüurlu şəkildə gülümsəyərək insanları xoşbəxt etməyi hədəfləyirik. Buna töhfə verməkdən son dərəcə xoşbəxtik", - deyə açıqlamasında bildirib.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR